"Trabzonspor" qışda heyətini yeni futbolçu ilə gücləndirə bilər.

Offsideplus.az xəbər verir ki, "bordo-mavililər" "Betis"də çıxış edən 30 yaşlı Kristian Tellonu transfer etmək niyyətindədir. Sevilya təmsilçisi ilə bu ilin sonunda müqaviləsi bitəcəyinə görə, klub onu qışda satmağı planlayır.

Qeyd edək ki, Tello 2012/2017-ci illər aralığında "Barselona"da çıxış edib. O, 2017-dən "Betis"dədir.