"İnter" və "Roma" "Qalatasaray"ın müdafiəçisi Markaonu heyətinə qatmaq istəyir.
Offsideplus.az xəbər verir ki, Milan təmsilçisi Alessandro Bastoni və Stefan de Vriy ikilisindən birinin klubdan ayrılacağı halda, bu transferi reallaşdıracaq. "Canavarlar"ın baş məşqçisi Joze Mourinyo da bu keçid üçün israrlıdır.
Qeyd edək ki, Markao 2019-cu ilin yanvarından İstanbul təmsilçisinin şərəfini qoruyur.