"Fənərbağça" klubunun ulduz futbolçusu Məsut Özilə bağlı yeni transfer xəbəri yayılıb.

Offsideplus.az "Fotomaç" nəşrinə istinadən xəbər verir ki, Qətər klublarından biri 33 yaşlı yarımmüdafiəçini heyətinə qatmağı planlaşdırır.

Belə ki, adı açıqlanmayan klubun nümayəndələri bu gün Özilin transferiylə bağlı "Fənərbağça" ilə danışıqlar aparmaq üçün İstanbul şəhərinə gəliblər.

Qeyd edək ki, bundan əvvəl futbolçunun ABŞ-ın MLS liqasında çıxış edən komandalardan birinə gedəcəyi deyilirdi.