"Fənərbağça" Sinan Bolatı heyətinə qatmaq istəyir.

Offsideplus.az xəbər verir ki, İstanbul klubu əsas qapçısı Altay Bayındırın zədələnməsindən sonra 33 yaşlı qolkiper üçün klubu "Gent"lə qışda danışıqlar masasına oturacaq. Adı çəkilən oyunçunun bu il Belçika təmsilçisi ilə sözləşməsi bitir.

Qeyd edək ki, Sinan 2014/2015-ci illər aralığında icarə əsasında digər əzəli rəqib "Qalatasaray"da çıxış edib.