"Beşiktaş" Anderson Talişkanı geri qaytarmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, "qara qartallar" qış transfer pəncərəsində 27 yaşlı sabiq futbolçusunu heyətinə qatmağı planlayır.

Qeyd edək ki, Talişka 2016/2018-ci illər aralığında icarə əsasında İstanbul klubunun şərəfini qoruyub. O, hazırda Səudiyyə Ərəbistanın "Əl-Nəsr" klubunda çıxış edir.