"Fatih Karagümrük"ün italiyalı futbolçusu Andrea Bertolacci "Qalatasaray"da oynamaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, İstanbul klubu ilə mövsümün sonunda bitəcək müqaviləsini yeniləmək istəməyən oyunçu təklif gəldiyi halda, "cim-bom"a keçəcəyini deyib. Yarımmüdafiəçi ilə "Başakşəhər"də yaxından maraqlanır.
Qeyd edək ki, 2020-ci ildən "Fatih Karagümrük"də forma geyinən Bertolacci bu mövsüm Super Liqada 7 qola imza atıb. O, 5 dəfə İtaliya millisində formasını geyinib.