"Beşiktaş" futbolçusu Fabrise Nsakala ilə yolları ayırcaq.

Offsideplus.az xəbər verir ki, "qara qartallar" 31 yaşlı konqolu müdafiəçini qışda göndərmək niyyətindədir. Mövsümün əvvəlində Umut Meraşı həyətinə qatan İstanbul təmsilçisi adı çəkilən oyunçunun xidmətinə ehtiyac duymur.

Qeyd edək ki, Nsakala 2020-ci ilin yayında "Alanyaspor"dan "Beşiktaş"a keçmişdi.