"Fənərbağça" transfer çalışmalarına başlayıb.

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlilər" "Sent-Etyen"də forma geyinən tunuslu Vəhbi Xəzrini heyətinə qatmaq istəyir. Adı çəkilən oyunçunun mövsümün sonunda klubu ilə müqaviləsi bitir.

Qeyd edək ki, Xəzri 2018-ci ildən "Sent-Etyen"in şərəfini qoruyur. O, bu mövsüm Liqa 1-də 12 maçta 7 qola imza atıb.