"Qalatasaray" futbolçusu Taylan Antalyalı ilə sözləşməni uzadıb.
Offsideplus.az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb. 26 yaşlı oyunçunun yeni müqaviləsinin müddəti 2026-da başa çatacaq.
Qeyd edək ki, Taylan "Qalatasaray"a 2019-cu ildə "Erzurumspor"dan keçib.