"Real"ın sabiq ulduzu Quti maraqlı açıqlaması ilə gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, 45 yaşlı ispaniyalı mütəxəssis Türkiyədən "Fənərbağça" və "Qalatasaray"dan təklif gəldiyi halda, heç vaxt qəbul etməyəcəyini deyib:

"Bu iki klubdan təklif gələrsə, cavabım "yox" olacaq".

Qeyd edək ki, Quti 1996/2010-cu il aralığında "Real"ın, 2010/2011 mövsümündə isə "Beşiktaş"ın şərəfini qoruyub.