"Fənərbağça" qapçısını itirib.
Offsideplus.az xəbər verir ki, "sarı - lacivərtlilər"in 23 yaşlı gənc qapçısı Altay Bayındır sıradan çıxıb. Adı çəkilən oyunçu "Konyaspor" ilə maçta zədələnib. O, ən azı 3 ay oynaya bilməyəcək.
Qeyd edək ki, "Konyaspor" "Fənərbağça"ya 2:1 hesabı ilə qalib gəlib.