"Beşiktaş"ın iki futbolçusu sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, bunlar bosniyalı yarımmüdafiəçi Miraləm Pyaniç və belçikalı hücumçu Mişi Batşuayidir. Sözügedən hər iki futbolçu Çempionlar Liqasında keçiriləcək "Sportinq"lə matçı buraxacaqlar.

Qeyd edək ki, Pyaniç "Barselona"dan, Batşuayi isə "Çelsi"dən icarə əsasında "qara qartallar"a qoşulub.