"Beşiktaş" hücumçusu Kayl Larin məşhur klubların hədəfindədir.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı kanadalı futbolçunu "Tottenhem", "Everton" və "Vest Hem" transfer etmək istəyir. Forvardın mövsümün sonunda "qara qartallar"la müqaviləsi bitir.
Qeyd edək k, Larin 2018-ci ilin yanvarından İstanbul təmsilçisinin şərəfini qoruyur.