"Trabzonspor"un futbolçusu Jervinyo sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı Fil Dişili oyunçu "Çaykur Rizəspor" ilə matçda zədələnib. Hücumçu üçün mövsüm başa çatıb.
Qeyd edək ki, Jervinyo bu il azad agent kimi "bordo - mavililər"ə keçmişdi. O, 13 maçta 2 qol vurub, 1 məhsuldar ötürmə edib.