"Beşiktaş" Domaqoy Vidanın müqaviləsini uzatmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, "qara qartallar" 32 yaşlı xorvatiyalı müdafiəçi ilə 2 illik yeni sözləşmə imzalamağa yaxındır. Sözügedən futbolçunun hazırkı qazancı isə illik 3.7 milyon avrodur.

Qeyd edək ki, 2018-ci ilin yanvarından "Beşiktaş" forması geyinən oyunçu 141 matçda 15 qol, 3 məhsuldar ötürmə edib.