“Qalatasaray” klubu qış transfer pəncərəsində bir neçə futbolçusu ilə yollarını ayıracaq.
Offsideplus.az xəbər verir ki, "cim-bom" Sofian Fequli və Rayan Babellə də vidalaşmaq istəyir.
İstanbul təmsilçisi illik məvacibi 3,8 milyon avro olan Fequli və maaşı 2,5 milyon avro təşkil edən Babeldən yarım mövsümlük əməkhaqqısından imtina etməsini xahiş edəcək. Əks-halda sözügedən oyunçular təzminat ödənilməklə komandadan göndəriləcək.