"Fənərbağça" sabiq hücumçusu Vedat Muriqini geri qaytarmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlilər" 27 yaşlı kosovalı futbolçu üçün qışda "Latsio"ya təklif göndərəcək. İstanbul klubu sözügedən oyunçunu icarə əsasında heyətinə qatmaq istəyir.

Qeyd edək ki, Muriqi 2019/2020-ci il mövsümündə "Fənərbağça"da çıxış edib.