"Fənərbağça"nın ulduz futbolçusu Məsut Özil komandada qalacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə 33 yaşlı futbolçunun meneceri Erkut Söğüt məlumat verib. O, Özilin müqaviləsinin müddəti bitənədək, "Fənərbağça"nın uğurları üçün çalışacağını bildirib.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçinin "sarı-lacivərtlilər"lə 2024-cü ilədək sözləşməsi var.

Əlavə edək ki, Özilin ABŞ-ın MLS liqasında çıxış edən klublardan birinə keçəcəyiylə bağlı xəbərlər yayılıb.