"Qalatasaray"ın əfsanələrdən sayılan Didye Droqba Türkiyədə oynayarkən irqçiliyə məruz qaldığını deyib.
Offsideplus.az xəbər verir ki, 43 yaşlı veteran futbolçu "France Tv"yə açıqlamasında "Fənərbağça" ilə maçta ona qarşı irqçiliyin edildiyini deyib:
"Fənərbağça" ilə maçta yaşadığım irqçiliyi vecimə almadım. Bu hala Fransa və İngiltərədə də rast gəlmişdim. Çünki bunun bir cəhalət olduğunu bilirəm. İşimi yaxşı gördükdə bu irqçiliyə yaxşı bir cavab olur. Mən bu yolla insanların mənə hörmət etməsinə məcbur etdim.Güclü biriyəm. Mənim irqçiliyə qarşı mübarizə yolum bu idi".
Qeyd edək ki, Droqba 2013-cü ilin yanvarından 2014-cü ilin yayına kimi "cim-bom"un şərəfini qoruyub.