Türkiyənin "Beşiktaş" klubu sıralarını daha bir tanınmış futbolçuyla gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "Barselona"dan Miralem Pyaniçi rənglərinə bağlayan "qara qartallar" "Everton"un futbolçusu Allan Loureyronu transfer etmək istəyir.
İstanbul təmsilçisinin rəhbərliyi hazırda 30 yaşlı braziliyalı mərkəz yarımmüdafiəçisi üçün Premyer Liqa klubu ilə danışıqlar aparır. Allanın transfer dəyəri isə 22 milyon avrodur.
Qeyd edək ki, 2020-ci ildən "Everton"da çıxış edən futbolçunun klubu ilə 2023-cü ilədək müqaviləsi var.