"Beşiktaş" klubunun bosniyalı futbolçusu Miralem Pyaniç "Yuventus"a keçəcəyi barədə sualı cavablandırıb.
Offsideplus.az xəbər verir ki, Fransa - Belçika matçını izləmək üçün Turinə gedən 31 yaşlı futbolçu "Sky Sports" müxbirinin ona ünvanladığı " "Yuventus"a qayıdacaqsan?" sualını "xeyr", - deyərək cavablandırıb.
Qeyd edək ki, Pyaniç 2016/2020-ci illər aralığında "qoca sinyora"nın şərəfini qoruyub.