"Adana Demirspor"un baş məşqçisi Vincenzo Montella Balotellinin İtaliya millisinə qayıtmaq istədiyini deyib.
Offsideplus.az xəbər verir ki, 47 yaşlı mütəxəssis İtalya mətbuatına verdiyi müsahibədə Balotellinin çox çalışdığını və yenidən İtalya millisinin formasını geyinmək istədiyini deyib: "Balotelli ilə hər gün danışırıq. Əvvəlki formasına qayıtmaq üçün çoxlu çalışır.Bu işdə əlimdəm gələni ona kömək edəcəm". "Adana Demirspor"da xoşbəxt olduğunu vurğulayan baş məşqçi bunları deyib: "Yaşadığım şansızlıqları geridə buraxdım. Türkiyədə özüm ola bilirəm, bura mənim üçün daha rahat olan yerdir". Qeyd edək ki, Adana təmsilçisi ilə 5 matça çıxan Montella 3 qələbə və bir bərabərlik alıb.