Bu mövsüm "Barselona"dan icarə əsasında "Beşiktaş"a keçən Miralem Pyaniç karyerası barədə danışıb.
Offsideplus.az İtalya mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı bosniyalı futbolçu gələcək karyerası bərədə maraqlı açıqlamaları ilə gündəmə gəlib.
O, xəyalında olan çempionatdan danışıb:
"Türkiyə futbolu məni təəccübləndirdi. Çox xoşbəxtəm deyə bilərəm. Xəyalım çox darıxdığım İtalyaya qayıtmaq idi, amma hadisələrin gedişindən razıyam".
Qeyd edək ki, Pyaniç "qara qartallar"ın heyətində çıxdığı 5 oyunda, 3 məhsuldar ötürmə ilə yadda qalıb.