“Beşiktaş” klubunun futbolçusu Domoqoy Vida zədəsini sağaldıb.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı müdafiəçi artıq komanda ilə məşqlərə başlayıb. Lakin onun oktyabrın 2-si Superliqanın 8-ci turunda “Sivasspor”la keçiriləcək oyunda iştirak edib-etməyəcəyi dəqiq deyil.

Qeyd edək ki, Domoqoy Vida sentyabrın 11-i “Malatyaspor”la görüşdə (3:0) sıradan çıxıb.