“Beşiktaş” klubu daha bir ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, "qara qartallar"ın braziliyalı mərkəz müdafiəçisi Velinton Silva zədələnib.
"Sambaçı" UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində qarşılaşdıqları “Borussiya” (Dortmund) ilə oyunda (1:2) sıradan çıxıb.
32 yaşlı oyunçunun sol dizindəki zədə səbəbindən azı iki həftə məcburi istirahət edəcəyi diqqətə çatdırılıb.