Türkiyənin "Bursaspor" klubunun azarkeşləri Namik Ələskərovun TFF 1-ci liqada "Altınordu" ilə səfər oyununda meydana çıxmamasına etiraz edib.
Offsideplus.az "Bursahakimiyet" nəşrinə istinadən xəbər verir ki, fanatlar 26 yaşlı yarımmüdafiəçinin ehtiyat oyunçular skamyasında əyləşməsini doğru qərar hesab etməyib.
"Timsahlar"ın baş məşqçsii Fatih Tekke 1:2 hesabı ilə uduzduqları matçda Azərbaycan millisinin üzvünə şans verməyib. O bunu yeni transferlərin komandaya tam uyğunlaşmaması ilə əlaqələndirib.
Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"a "Neftçi"dən transfer olunub.