“Qalatasaray” ciddi itkiylə üzləşib.
Offsideplus.az xəbər verir ki, "Cim-bom"un "Ankara Keçiörengücü"dən yeni transfer etdiyi Barış Alper Yılmaz sıradan çıxıb.
Türkiyənin U-21 yığmasının düşərgəsində əlindən zədə alan 21 yaşlı yarımmüdafiəçinin əməliyyat olunacağı bildirilib. Barışın 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.