“Başakşəhər” heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi italiyalı hücumçu Stefano Okakanı transfer edib.

“Udineze”dən transfer olunmuş 32 yaşlı futbolçu ilə 2 illik sözləşmə imzalanıb.

O, yeni komandasında 77 nömrəli formanı geyinəcək.