“Qalatasaray” Super Liqanın 1-ci turunda “Giresunspor”la səfər oyununda (0:2) komanda yoldaşı Kərəm Aktürkoğlunu vuran futbolçusu Markaonu cərimələyib.
Offsideplus.az xəbər verir ki, "Cim-bom" braziliyalı müdafiəçini qeyri-etik davranışına görə 150 min avro məbləğində cərimələyib.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası komanda yoldaşını vuran Markaonu 8 oyunluq diskvalifikasiya edib.