"Barselona" futbolçusu Miralem Pyaniçi Türkiyənin "Beşiktaş" klubuna icarəyə verib.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detallarını açıqlamayıb.

Qeyd edək ki, Pyaniç ötən ildən "Barselona"da oynayır. Onun Kataloniya klubu ilə sözləşməsi 2024-cü ilin iyun ayına qədərdir.