Türkiyənin "Beşiktaş" klubu heyətini daha bir futbolçuyla gücləndirməyə yaxındır.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Miralem Pyaniçi rənglərinə bağlamağa hazırlaşır. "Qartallar" artıq 31 yaşlı bosniyalı futbolçunu 1 il müddətində icarəyə götürmək üçün Kataloniya təmsilçisi ilə razılıq əldə edib.
Pyaniçin bu gün gecə saatlarında İstanbulə gələcəyi gözlənilir.
Qeyd edək ki, sözügedən futbolçunun "Barselona" ilə 2024-cü ilə qədər müqaviləsi var.