Türkiyə "Fənərbağça" klubu heyətinə iki yeni futbolçu cəlb edib.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Avstriya "Zaltsburq"unun hücumçusu Mergim Berişa və Almaniyanın "Köln" komandasının yarımmüdafiəçisi Maksimilan Mayerlə anlaşıb.

Hər iki oyunçu tibbi müayinədən keçdikdən sonra onlarla rəsmi müqavilə imzalanacaq.

781aa473 40f5 31f9 aee4 5ba69cb0843a 850