"Beşiktaş" klubunun baş məşqçisi Sərgən Yalçın maraqlı açıqlamaları ilə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, Super Liqada cari mövsümün 3 turundan sonra aktivinə 7 xal əlavə edən "qartallar"ın 48 yaşlı çalıdırıcısı "TRT Spor"a müsahibə verərkən, işləmək istədiyi çempionatın adını açıqlayıb.
Belə ki, təcrübəli mütəxəssis La Liqada çalışmaq istəyini dilə gətirib. Təklif olarsa dərhal müsbət qarşılayacağını bildirən Sərgən Yalçın həmçinin Türkiyə millisində işləmək niyyətinin olduğunu bildirib.