Transfer pəncərəsinin bağlanmasına sayılı günlər qalmış "Fənərbağça" bu yöndə səyləri artırıb.

Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Brentford" klubunda çıxış edən Halil Dərvişoğlu ilə razılıq əldə edib. 21 yaşlı hücumçunun icarə əsasında "sarı-lacivərtlilər"in sıralarına qoşulacağı bildirilir. "Fənərbağça"nın keçidi qarşıdakı günlərdə rəsmən açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Dərvişoğlu ötən mövsümü icarə əsasında "Qalatasaray"da keçirib.