Türkiyə Superliqasının 32-ci turu çərçivəsində “Sivasspor”la oyunun son saniyələrində (1:1) hakimə qarşı intizamsız hərəkət edən “Başakşəhər”in futbolçusu Arda Turan klubu tərəfindən də cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı futbolçu 250 min avro cərimə olunub.
Həmin oyunda qırmızı vərəqə alan digər futbolçu Marsio Mossoro isə 50 min avro cərimələnib.
Qeyd edək ki, A.Turan Türkiyə Futbol Federasiyası tərəfindən 16 oyunluq cəzalandırılsa da, daha sonra onun cəzası 10 oyuna endirilib.