Türkiyə Superliqasının III turunda "Fənərbağça" "Altay"la qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, rəqib qapısından 2 cavabsız qol keçirən "sarı-lacivərtlər" səfərdən 3 xalla qayıdıb. "Fənərbağça" 37 il sonra ilk dəfə mövsümün ilk 3 matçında qapısını toxunulmaz saxlamağı bacarıb.
Bundan əlavə, Altay Bayındır 3 oyun qapısından qol keçməyə imkan verməyərək 1998-1999 sezonunda "Fənərbağça"nın qolkiperi Rüştü Reçberin nəticəsini təkrarlayan ilk qapıçı olub.
Oyunun icmalını təqdim edirik:
"Altay" - "Fənərbağça" 0:2 (F.Kadıoğlu, 51. E.Valensiya, 55.)