"Borussiya" klubu "İnter"in yarımmüdafiəçisi Valentino Lazaronu transfer etmək üçün bəzi futbolçularını göndərməyi düşünür.

 Offsideplus.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu səbəbdən Dortmund təmsilçisi "Fənərbağça"nın yaxından maraqlandığı Marius Volfla vidalaşmağı planlaşdırır. "Sarı-lacivərtlər" 26 yaşlı yarımmüdafiəçini icarə əsasında heyətinə qatmaq istəyir. 

Qeyd edək ki, ulduz futbolçunun "Borussiya" ilə 2023-cü ilədək müqaviləsi var.