Türkiyənin "Fənərbağça" klubu heyətini ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Trtspor"a istinadla xəbər verir ki, "sarı-lacivərtlilər" London "Arsenal"ının müdafiəçisi Sead Kolaşinaçla razılıq əldə edib.
"Fənərbağça"nın Premyer Liqa təmsilçisi ilə müqaviləsini yeniləməyən 28 yaşlı futbolçu ilə 3 illik sözləşmə imzalayacağı gözlənilir.
Bu keçidin reallaşması üçün Kolaşinaçın sabiq komanda yoldaşı və hazırda İstanbul klubunun şərəfini qoruyan Məsut Özilin də səy göstərdiyi bildirilir.
Qeyd edək ki, sol cinah müdafiəçisi 2017-ci ildən "Arsenal"da çıxış edir.