"Qalatasaray"dan ayrılan Rayan Donk Türkiyədə klubunu dəyişib.

Offsideplus.az xəbər verir ki, "Kasımpaşa" 35 yaşlı yarımmüdafiəçini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Niderlandlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2013-2016-cı illərdə "Kasımpaşa"da çıxış etmiş Donk, 2016-cı ildən "Qalatasaray"ın formasını geyinirdi.