"Başakşəhər"in ulduz futbolçusu Arda Turanın cəzası yüngülləşdirilib.

Offsideplus.az Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən xəbər verir ki, futbolçunun "Sivasspor"la oyunda yan xətt hakiminə qarşı etdiyi hərəkətdən sonra aldığı cəza azaldılıb. Belə ki, Peşəkar Futbol Liqasının İntizam Komitəsi 16 oyunluq cəzanı 10 oyuna endirib. 39.000 lirə pul cəzası isə qüvvəsində qalıb.

Xatırladaq ki, Arda "Sivasspor"la oyunda (1:1) görüşün 90+4-cü dəqiqəsində kəskin etiraz bildirərək, yan xətt hakimini itələdiyinə görə meydandan qovulmuşdu.