"Fənərbağça" Türkiyə Futbol Federasiyasından təzminat tələb edir.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlər" TFF-ni məhkəməyə verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Fənərbağça" 2010/2011 mövsümündən sonra yaşananlardan bağlı 250 milyon TL ödəniş tələb edir.
Belə ki, 2010/2011 mövsümündə Türkiyə Super Liqasının qalibi olan "Fənərbağça" danışılmış oyunlarda iştirakda ittiham olunub. Klub bu səbəbdən avrokuboklardan məhrum edilmişdi.