"Fənərbağça" transfer səssizliyini "Arsenal"ın futbolçusu ilə pozacaq.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlər" Sead Kolaşinaçla razılığa gəlib. Bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
28 yaşlı ilə 2024-cü ilədək müqavilə imzalanacaq
Qeyd edək ki, Kolaşinaç 2017-ci ildən "topçular"ın formasını geyinir.