"Qalatasaray" klubunun futbolçusu Arda Turan sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi UEFA Avropa Liqasının pley-off mərhələsinin Danimarkada "Randers"ə qarşı keçirdikləri ilk oyununda (1:1) ayaq biləyindən zədə alıb.
Təcrübəli futbolçu hazırda müalicə prosesindədir. Onun nə vaxt sıralara döncəyi hələlik bəlli deyil.