Türkiyə Super Liqasının 1-ci turu çərçivəsində keçirilən “Girəsunspor” – “Qalatasaray” (0:2) matçında komanda yoldaşı Kerem Aktürkoğlunu yumruqla vuran və meydandan qovulan Markaonun cəzası açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası “Qalatasaray”ın braziliyalı müdafiəçisini 8 oyunluq diskvalifikasiya edib.
Qeyd edək ki, Markao həm də 21 min türk lirəsi (4200 manat) məbləğində cərimələnib.