Türkiyə Superliqasının I turunda "Giresunspor"la matçda Kerem Aktürkoğluna yumruq atan Markaonun cəzası bəlli olub.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, "Qalatasaray" heyətdən kənarlaşdırdığı braziliyalı müdafiəçiyə pul cəzası kəsib. 25 yaşlı futbolçu illik maaşının 10 %-ni cərimə olaraq ödəyəcək. Belə ki, illik 1,2 milyon avro qazanan Markaoya 120 000 avro və ya 1.2 milyon TL pul cəzası verilib.
Qeyd edək ki, "Cim-Bom" Avropa Liqasının plee-off mərhələsində "Renders"lə oyunun iştirak ərizəsinə Markaonun adını daxil etməyib.