Türkiyə Superliqasının I turunda "Giresunspor"a qarşı oyunda (2:0) komanda yoldaşı Kerem Aktürkoğlunu vuran Markaonu "Qalatasaray" cəzalandırıb.
Offsideplus.az xəbər verir ki, "Cim-Bom" "Renders"lə oyunun iştirak ərizəsinə braziliyalı müdafiəçinin adını daxil etməyib. Belə ki, o, Avropa Liqasının pley-off mərhələsinin ilk oyununu buraxacaq.
Qeyd edək ki, "Renders" - "Qalatasaray" matçı sabah Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.