"Giresunspor"la I tur matçında "Qalatasaray"ın futbolçuları arasında düşən mübahisənin səbəbi bəlli olub.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Markao komanda yoldaşı Kerem Aktürkoğlunu başla, daha sonra isə yumruqla vurub.
Buna Kerem Aktürkoğlunun Markaoya "sus" deməsi səbəb olub. Markao görüşdə komanda yoldaşına bir neçə dəfə öz mövqeyinə keçməsini tövsiyə edib. O, bunun qarşılığında Keremden "sus" - deyə cavab alıb. Daha sonra isə Markao "Sən kapitansan? Mənə niyə sus deyirsən" söyləyərək, Aktürkoğlunun üzərinə gedib və onu yumruqlayıb.
Qeyd edək ki, bu hərəkətinə görə qırmızı vərəqə ilə cəzalanan futbolçu meydandan qovulub.