Türkiyə Superliqasının I turunda baş tutan "Giresunspor" - "Qalatasaray" matçının (0:2) 62-ci dəqiqəsində qonaqların müdafiəçisi Markao komanda yoldaşı Kerem Aktürkoğluya hücum edib.
Offsideplus.az xəbər verir ki, onu əvvəlcə başla, sonra yumruqla vuran braziliyalı futbolçunu komanda yoldaşları sakitləşdirməyə çalışıb.
Hakim VAR-la epizodu incələyəndən sonra Markaoya qırmızı vərəqə göstərib və meydandan qovub.
***
Türkiyə mətbuatında yayılan xəbərlərə görə, "Qalatasaray" Markaonu cəzalandırmağın "yolunu tapıb". "A Spor" nəşrinin idman yazarı Emre Kaplan verdiyi açıqlamada "Cim-bom"un 25 yaşlı müdafiəçi ilə yollarını ayırmayacağını bildirib. O, İstanbul təmsilçisinin "sambaçı"nı uzun müddətlik heyətdən kənarda tutacağını və pul cəzası kəsəcəyini bildirib.
Sözügedən futbolçu bu gün şəxsi "instagram" hesabında türkcə dublyajla üzr videosu da paylaşıb.