Türkiyə Superliqasının I turunda baş tutan "Giresunspor" - "Qalatasaray" matçında (0:2) skandal yaşanıb.
Offideplus.az xəbər verir ki, oyunun 62-ci dəqiqəsində Markao komanda yoldaşı Kerem Aktürkoğluya hücum edib. Komanda yoldaşını əvvəlcə başla, sonra yumruqla vuran braziliyalı futbolçunu komanda yoldaşları sakitləşdirməyə çalışıb.
Hakim VAR-la epizodu incələyəndən sonra Markaoya qırmızı vərəqə göstərib və meydandan qovub.
Həmin görüntüləri təqdim edirik: