"Fənərbağça"nın yeni kapitanı bəlli olub.

Offsideplus.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, yeni mövsümdə "sarı-lacivərtlər"in kapitanlıq sarğısını Məsut Özil daşıyacaq. "Giresunspor"la hazırlıq matçında meydana kapitan olaraq çıxan 32 yaşlı yarımmüdafiəçi, bundan sonra komandanın birinci kapitanı olacaq. 

Qeyd edək ki, "Fənərbağça" Türkiyə Superliqasının I turunda bu gün "Adana Demirspor"la qarşılaşacaq. "Adana Demirspor" - "Fənərbağça" matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.